...

Azərbaycanın Əmək Nazirliyi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı bəzi əməkdaşların fəaliyyətini araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 15:50 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, eləcə də nazirliyə Əmək Nazirliyin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonundakı yerli strukturlarının fəaliyyəti ilə bağlı şikayət ərizələri ünvanlamış vətəndaşlarla növbəti görüş keçirilib.
Azərbaycanın Əmək Nazirliyi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı bəzi əməkdaşların fəaliyyətini araşdırır

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, eləcə də nazirliyə Əmək Nazirliyin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonundakı yerli strukturlarının fəaliyyəti ilə bağlı şikayət ərizələri ünvanlamış vətəndaşlarla növbəti görüş keçirilib. Vətəndaşalrı nazir müavini Natiq Məmmədov qəbul edib.

Trend-in məlumatına görə, nazir müavininin qəbul etdiyi vətəndaşların şikayətləri başlıca olaraq əlillik qruplarının təyinatı və sosial müavinətlərin hesablanması, məşğulluq və əmək qanunvericiliyinin pozulması məsələlərinə aiddir.

Vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı qanunvericilik barədə hələ də məlumatsız olmaları, bu səbəbdən yazdıqları şikayət ərizələrinin əsassız olduğu müəyyən edilib və qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə həmin vətəndaşlara ətraflı izahatlar verilib.

Eyni zamanda, araşdırmalar nəticəsində ayrı-ayrı şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub. Bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik, səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsindən irəli gəldiyi müəyyən edilib.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir müavini Natiq Məmmədov eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturlar və onların əməkdaşları haqqında tədbirlər görülməsi barədə tapşırıq verib.

Şikayətlərin müzakirəsi zamanı aztəminatlı ailələrin bir hissəsinin potensial imkanları aşkar edilib və onların ünvanlı yardımların birdəfəlik ödənilməsi üzrə "Özünüdəstək" proqramına cəlb edilmələri haqqında qərar qəbul olunub.

2011-ci ildə nazir Fizuli Ələkbərov və digər səlahiyyətli şəxslər Bakı, Sumqayıt, Gəncə, Abşeron, Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı, Şabran və başqa rayonlardan 560-dan artıq vətəndaşı qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti