...

Yanvarda Azərbaycan brokerlərinin renkinqinə "Çelsi Kapital" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 16:39 (UTC +04:00)
2012-ci ilin yanvar ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Çelsi Kapital" MMC başçılıq edib.
Yanvarda Azərbaycan brokerlərinin renkinqinə "Çelsi Kapital" başçılıq edib

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir N.İsmayılova/

2012-ci ilin yanvar ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Çelsi Kapital" MMC başçılıq edib. Şirkət 5 müştəriyə ümumi dəyəri 58,3 milyon manat olan broker xidmətləri göstərib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 14,99 milyon manat olan broker xidmətləri göstərmiş "Respublika İnvest" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 10,997 milyon manatla "BoB Broker" MMC qərarlaşıb.

2012-ci il yanvar ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Broker xidmətlərinin dəyəri (AZN)

1 (-)

1

"Çelsi Kapital" MMC

14

5

58 281 000,01

2 (▲)

4

"Respublika İnvest" MMC

4

1

14 988 994,59

3 (▼)

2

"BoB Broker" MMC

3

1

10 996 521,14

4 (▲)

5

"Brokdil-Az" MMC

2

1

3 562 575,88

5 (▲)

6

"Texnika Kapital Menecment" MMC

1

1

1 998 976,72

Fevralın 2-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti