...

Azərbaycanda vergiödəyicilərin e-qeydiyyatının tətbiqi korrupsiya ilə mübarizəyə kömək edəcək – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 13:01 (UTC +04:00)
Azərbaycanda vergiödəyicilərin elektron qeydiyyatının tətbiqinə başlanması korrupsiya ilə mübarizəyə müsbət təsir edəcək.
Azərbaycanda vergiödəyicilərin e-qeydiyyatının tətbiqi korrupsiya ilə mübarizəyə kömək edəcək – nazir müavini

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda vergiödəyicilərin elektron qeydiyyatının tətbiqinə başlanması korrupsiya ilə mübarizəyə müsbət təsir edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov "Hüquqi şəxslərin dövlət elektron qeydiyyatı" sisteminin çərşənbə axşamı keçirilən təqdimatında deyib.

"2011-ci ilin iyulundan ölkədə fiziki şəxslərin onlayn qeydiyyatının, habelə 2012-ci ilin əvvəlindən hüquqi şəxslərin elektron qeydiyyatının tətbiqinə başlanması həm vaxta, həm də əhalinin vəsaitlərinə qənaət etməyə kömək edir. Habelə bu, ölkədə korrupsiya ilə mübarizə sisteminin reallaşdırılmasında da mühüm rol oynayır", - Ələkbərov deyib.

Onun sözlərinə görə, 2011-ci ilin iyul-dekabr aylarında vergi orqanlarında elektron qeydiyyatdan 10075 nəfər keçib ki, bu da qeydiyyatdan keçən vergiödəyicilərin ümumi sayının 34,5 faizini təşkil edir.

"Elektron qeydiyyatdan keçən vergiödəyicilərin üçdə biri Bakının, yerdə qalan hissəsi isə ölkə regionlarının payına düşür", - Ələkbərov deyib.

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi analiz üzrə Baş İdarəsinin rəhbəri Natiq Şirinovun sözlərinə görə, 2012-ci ilin əvvəlindən elektron qeydiyyat vasitəsilə qeydiyyata alınan vergiödəyicilərin xüsusi çəkisi 49,6 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti