...

Azərbaycanda vergi dərəcələri optimaldır - Vergilər Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda tətbiq edilən vergi dərəcələri və güzəştləri optimaldır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.

"Vergilər Nazirliyi mütəmadi olaraq bu istiqamətdə araşdırmalar aparır. Bu gün iqtisadiyyata verilmiş güzəştlər və preferensiyalar ötən il toplanan vergilərin ümumi həcmində təxminən 25-30 faiz təşkil edir", - Musayev qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, vergi dərəcələrinin dəyişdirilməsi, o cümlədən azalmaya doğru dəyişdirilməsi imkanı da istisna edilmir.

Nazirlik 2011-ci ildə Vergi Məcəlləsinə əlavə və dəyişiliklər edilməsi üzrə təkliflər paketi hazırlayıb. Təkliflər ölkədə qeyri-neft sektorunun inkişafını da stimullaşdırır.

2011-ci il ərzində Vergilər Nazirliyi proqnozlaşdırılan 5,160 milyard manata qarşı dövlət büdcəsinə 5,475 milyard manat daxilolmanı təmin edib. Proqnoz 106,1 faiz yerinə yetirilib.

2011-ci ildə qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2,874 milyard manat daxil olub ki, bu da 2010-cu ildəki göstəricini 518,4 milyon manat və ya 22 faiz üstələyir.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti