...

"DəmirBank" bankomatlarından SMS-Bank xidmətinə qoşulmaq imkanı yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 17:00 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" plastik kart müştərilərinə bankomatları ilə SMS-Bank xidmətinə qoşulmaq imkanını təqdim edib.
"DəmirBank" bankomatlarından SMS-Bank xidmətinə qoşulmaq imkanı yaradıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan bankı "DəmirBank" plastik kart müştərilərinə bankomatları ilə SMS-Bank xidmətinə qoşulmaq imkanını təqdim edib. Bu xidmət müştərilərə kart hesablarına mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, xidmətə qoşulmaq üçün filiala müraciət etdikdə ödəniş 1 il üçün 15 manat, bankomat vasitəsilə qoşulduqda isə 1 il üçün 12 manat təşkil edir. Bankomat vasitəsilə müştəri bu xidmətə maksimum 12 ay olmaqla 1 ay üçün 1 manat hesabı ilə qoşula bilər.

İstifadəçilər 050 225 88 93 nömrəsinə (Azercell abunəçiləri isə sadəcə 8893 qısa nömrəsinə) mesaj göndərməklə kart hesabları barədə (balans, kart siyahısı, əməliyyat, status və bloklaşdırma) məlumat ala bilərlər. SMS-Bank xidməti Azərbaycanda və xaricdə mövcud olan bütün mobil operatorların müştərilərinə xidmət göstərir.

"SMS-Bank xidməti sayəsində müştəri plastik kartı ilə aparılan hər əməliyyat zamanı dərhal avtomatik SMS-bildiriş alır, bu isə kart itirildiyi və digər hallarda təhlükəsizlik baxımından çox vacibdir. Bu xidmətlə yanaşı, DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla kommunal, mobil və stasionar rabitə, internet, kabel televiziyası ödənişləri və s. xidmətlər təqdim edir. "DəmirBank" müştəri məmnunluğunu artırmaq məqsədi plastik kartlar sahəsində yeniliklər təqdim etməkdə davam edəcək", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

SMS-Bank xidməti barədə ətraflı məlumat üçün: http://www.demirbank.az/index.php?/az/content/472/

Bankın müxtəlif xidmətləri barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti