...

Azərbaycanın "Qarant Sığorta" şirkəti kapitalını 50 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 14:45 (UTC +04:00)
Azərbaycanın "Qarant Sığorta" şirkəti kapitalını 50 faiz (iki milyon manat) artırır.
Azərbaycanın "Qarant Sığorta" şirkəti kapitalını 50 faiz artırır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın "Qarant Sığorta" şirkəti kapitalını 50 faiz (iki milyon manat) artırır. Trend-in məlumatına görə, bu barədə şirkətin idarə heyəti sədrinin səlahiyyətlərini icra edən Fuad Allahverdiyev cümə günü keçirilən mətbuat konfransında deyib.

"Şirkət artıq bu prosesə başlayıb və biz nizamnamə kapitalının azı iki milyon manatadək artırılacağını gözləyirik. Kapitalın səhmdarların investisiyalarının hesabına artırılacağı gözlənilir", - Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu gün şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

"Çox güman ki, kapitalın artırılması prosesi iki-üç həftə ərzində başa çatacaq. Bunun üçün müvafiq dövlət orqanlarında qeydiyyatla bağlı bütün prosedurlar başa çatıb", - o deyib.

"Qarant Sığorta" şirkəti Azərbaycan Maliyyə Nazirliyindən sığorta fəaliyyətinə görə lisenziyanı 2007-ci ilin noyabrında alıb. "Qarant Sığorta" "ZQAN Holding"in tərkibinə daxildir.

Fevralın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti