...

Azərbaycanın iri bankı nizamnamə kapitalını 42 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 16:01 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının ümumi yığıncağında bankın nizamnamə kapitalının səhmlərin emissiyası yolu ilə 100 milyon manat məbləğində artırılaraq 340 milyon manata çatdırılması barədə qərar qəbul olunub.
Azərbaycanın iri bankı nizamnamə kapitalını 42 faiz artırır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının ümumi yığıncağında bankın nizamnamə kapitalının səhmlərin emissiyası yolu ilə 100 milyon manat məbləğində artırılaraq 340 milyon manata çatdırılması barədə qərar qəbul olunub. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Səhmlərin yerləşdirilməsinə qanunda nəzərdə tutulmuş tədbirlər görüldükdən, yəni səhm buraxılışı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alındıqdan, emissiya prospektində olan məlumatlar "Bakı Fond Birjası" QSC-nin rəsmi internet səhifəsində dərc olunduqdan sonra başlanılacaq və səhmdarlara bildiriş göndərilməklə bu barədə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Fevralın 14-nə olan rəsmi məzənnə 0,7861 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti