...

Azərbaycan daşınmaz əmlak obyektlərinə ünvan verilməsinə yanaşmanı dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 18:31 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinə, ünvan reyestrinin tərtibi və aparılmasına yeni yanaşmalar tətbiq olunacaq.
Azərbaycan daşınmaz əmlak obyektlərinə ünvan verilməsinə yanaşmanı dəyişdi

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinə, ünvan reyestrinin tərtibi və aparılmasına yeni yanaşmalar tətbiq olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bu dəyişikliyə əsasən, ünvan verilə bilən obyekt kimi binanın özü deyil, binaya daxil olmaq üçün istifadə edilən girişlər və ya qapılar qəbul edilir. Giriş yerlərinin ünvanları daxilolma ünvanları kimi tanınır. Binaların vacib girişlərinə fərdi ünvanlar verilir.

"Girişə ünvan nömrəsi verilir. Giriş, giriş yerinə daxil olmaq üçün istifadə edilən küçə ilə bağlı olur və ona aid edilir. Giriş ünvanı konsepsiyası Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir", - məlumatda deyilir.

Dəyişikliyə görə, ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir.

Xəbər lenti

Xəbər lenti