...

Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycandadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 11:42 (UTC +04:00)
BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin və digər maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAKA) nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycandadır

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin və digər maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAKA) nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BAKA-nın keçid qrupunun rəhbəri Martin Kreutnerin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı vergilər naziri Fazil Məmmədov, baş prokuror Zakir Qaralov və ədliyyə naziri Fikrət Məmmədovla bir sıra görüşlər keçirib.

Bu gün nümayəndə heyəti "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: uğurlar və perspektivlər" mövzusunda Şamaxıda keçirilən konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti