...

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 13:48 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası (BAKA) korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı və onun qarşısının alınması üçün birgə təşviq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Azərbaycan, Şamaxı, 15 fevral /Trend müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası (BAKA) korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı və onun qarşısının alınması üçün birgə təşviq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Trend-in məlumatına görə, memorandum çərşənbə günü Şamaxı şəhərində "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb.

Azərbaycan tərəfindən memorandumu vergilər naziri Fazil Məmmədov, BAKA tərəfindən isə nümayəndə heyətinin rəhbəri Martin Kroytner imzalayıb.

Nazirin sözlərinə görə, bu memorandumun imzalanması korrupsiya ilə mübarizə sahəsində dünya təcrübəsinin öyrənilməsində yeni mərhələ olacaq.

"Bu əməkdaşlıq mövcud istiqamətdə Azərbaycanda keçirilən fəaliyyətə təkan verəcək" , - Məmmədov qeyd edib.

İmzalanma mərasimindən sonra Kroytner jurnalistlərə bildirib ki, akademiya Azərbaycanda korrupsiya ilə mübarizə perspektivlərinə nikbin yanaşır.

"Bu proses mərhələli qaydada getməlidir. Bütün problemlərin həlli üçün vaxt və səbr lazımdır. Azərbaycan artıq bu istiqamətdə bir sıra addımlar atıb" , - o deyib.

"Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzi gələcəkdə korrupsiya ilə mübarizə üzrə regional mərkəzə çevrilə bilər. Tədris Mərkəzinin Vergilər Nazirliyinin nəzdində olmasına baxmayaraq, burada gələcəkdə bu mövzuya dair seminarlar, beynəlxalq konfranslar, forumların keçirilməsi mümkündür" , - Kroytner bildirib.

Konfransın işində Bakıda səfərdə olan BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin və digər maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAKA) nümayəndə heyəti də iştirak edir.

Xəbər lenti

Xəbər lenti