...

"Zəfəran" apteklər şəbəkəsi ölkə regionlarında sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 12:41 (UTC +04:00)
"Zəfəran" apteklər şəbəkəsinin daha bir apteki Göyçay rayonunda açılıb.
"Zəfəran" apteklər şəbəkəsi ölkə regionlarında sayını artırır

Azərbaycan, Bakı, 17 fevral / Trend/

"Zəfəran" apteklər şəbəkəsinin daha bir apteki Göyçay rayonunda açılıb. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir. Yeni aptek mərkəzi küçələrin birində - Heydər Əliyev prospektində yerləşir.

Aptekdə gözəllik və sağlamlıq üçün məhsulların,dərman preparatlarının, bioloji aktiv əlavələrin, gigiyena vasitələrinin və s. geniş çeşidi təklif olunur.

Qeyd edək ki, "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın regionlarında apteklərin sayını aktiv surətdə genişləndirir. Yaxın gələcəkdə Şəmkir rayonunda yeni aptekin açılması planlaşdırılır.

Aptek şəbəkəsi barədə http://zeferanaptek.az saytında və ya şirkətin sosial şəbəkəsindəki http://www.facebook.com/zeferanaptek rəsmi səhifəsində daha ətraflı məlumat almaq olar.

"Zəfəran" 2008-ci il dekabr ayında əsası qoyulmuş Bakı şəhəri və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir.

Hal-hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində fəaliyyət göstərir və buraya dünyanın aparıcı ölkələrindən gətirilən eksklüziv dərman vasitələrinin geniş çeşidini təklif edən 60-a yaxın aptek daxildir.

"Zəfəran" apteklər şəbəkəsi yalnız sertifikatlaşmış əczaçılıq məhsulları və yoxlanılmış və etibarlı təchizatçılarla işləyir.

Xəbər lenti

Xəbər lenti