...

Havaların soyuması Bakının torpaq bazarında fəallığı azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2012 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend müxbir A.Axundov/

Əvvəlki aylarla müqayisədə yanvarda Bakının torpaq bazarında fəallıq azalıb. Bu barədə şənbə günü Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Sövdələşmələrin azalması soyuqların düşməsi və tikinti mövsümünün başa çatması ilə bağlıdır. Köhnə tikililərin söküntü həcmində azalmalar və ehtimal olunan dünya maliyyə böhranı iş adamlarını gözləmə mövqeyinə çəkilməyə vadar edib", - İbrahimov deyib.

Onun sözlərinə görə, yanvarda torpaq bazarında aktivlik Bakının əsasən III və IV zonalarında hiss ediləcək qədər azalıb.

"Aktivlik şəhərin mərkəz və mərkəzətrafı ərazilərində stabil olub", - İbrahimov vurğulayıb.

Yanvarda bazara 1214 torpaq sahəsi təklif edilib.

"Onlardan 65,5 faizi boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələrinin payına düşüb", - o bildirib.

Yеni tikililərin salındığı torpaq sahələrinin 3 faizi köhnə, istismara yararsız еvlərin sökülməsi, 21 faizi kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıb.

"Yanvarda təklif portfelində obyektin orta sahəsi 17,8 sot təşkil edib", - İbrahimov qeyd edib.

Onun sözlərinə görə, ay ərzində torpaq bazarında təklif portfelinin həcmi 2,32 faiz artıb artıb. Daha əhəmiyyətli artım şəhərətrafı zonalarda müşahidə edilib.

"Yanvarda torpaq sahələrinin еkspozisiya müddəti 0,6 faiz azalaraq 335 günə bərabər olub" , - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti