...

Fond birjasının rəhbəri Azərbaycanda investisiya fondlarının fəaliyyətində böyük perspektivlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 13:48 (UTC +04:00)
İnvestisiya fondlarının fəaliyyəti Azərbaycanda qiymətli kağızlar bazarının arxitekturasında böyük investisiya imkanları yaradacaq və ölkədə kapitalın idarə olunmasında yeni üfüqlər açacaq.
Fond birjasının rəhbəri Azərbaycanda investisiya fondlarının fəaliyyətində böyük perspektivlər görür

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.Xəlilova /

İnvestisiya fondlarının fəaliyyəti Azərbaycanda qiymətli kağızlar bazarının arxitekturasında böyük investisiya imkanları yaradacaq və ölkədə kapitalın idarə olunmasında yeni üfüqlər açacaq. Trend-in məlumatına görə, Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Emin Əliyev belə hesab edir.

"Pay investisiya fondları tam mənası ilə qiymətli kağızlar bazarını həyəcanlandıracaq. Çünki onların gəlişi və aktiv ticarəti ilə azərbaycanlı investorlar məhsulların tam xəttini əldə edəcəklər və həmin məhsullar investisiya cazibədarlığı və öz sahə seçimi üzrə əhəmiyyətsiz qalmayacaqlar", - Əliyev cümə günü Trend-ə bildirib.

Onun fikrincə, kompozisiyası həm yerli, həm də xarici qiymətli kağızlardan ibarət olacaq bir çox fondlara sərmayə qoymaq üçün çox gözəl imkanlar açılacaq. Ənənəvi depozit yığımı və investisiyalaşdırma üçün real alternativ yaranır. Şübhəsiz ki, bu, birləşdirilmiş məhsul və xidmətlər təqdim edəcək Azərbaycan fond bazarının inkişafında keyfiyyətcə yeni mərhələdir.

"Təbii ki, bu sənəd bazardakı bütün iştirtakçılar və investorlar tərəfindən çox müsbət qarşılanacaq. Eyni zamanda, potensial investorlara və bazar iştirakçılarına fondların yaradılması və onlarda iştirak üçün bir az vaxt lazım gələcəyi təbiidir", - BFB-nin rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti