Azərbaycan, Bakı, 21 fevral /Trend müxbir N.İsmayılova/
Azərbaycan Beynəlxalq Bankı (ABB) "IBA-Express" təcili pul köçürmələri sistemindən istifadənin coğrafiyasının genişləndirilməsini qeyd edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.
ABB Rusiya və Azərbaycan arasında pul tədavülünün genişləndirilməsi məqsədi ilə 2009-cu ildə "ABB-Moskva" tərəfindən hazılanmış "İBA-Express" yeni bank məhsulunu əhaliyə təqdim edib. Bu xidmət fiziki şəxslər arasında 1 faiz komisyon haqqı ödənilməklə 5-10 dəqiqə ərzində Azərbaycandan Rusiyaya və əksinə təcili pul köçürmələrinin həyata keçirilməsini təmin edir.
"ABB-Moskva"nın filial şəbəkəsinin artması ilə bu təcili pul köçürmə sisteminin də coğrafiyası genişlənib, əməliyyatların sayı yüksəlib. "İBA-Express" xidmətindən təkcə Moskvada deyil, həm də Sankt-Peterburq və Yekaterinburq şəhərlərində də yararlanmaq mümkündür. Sistemə olan təlabatın günü-gündən artması bu xidmətin "ABB-Gürcüstan" bankı vasitəsi ilə Gürcüstanda da istifadəsini reallaşdırıb.
2009-2011-ci illər bu sistem üzrə göstəricilər aşağıdakı kimi olub:
Alınma |
Göndərilmə |
|||||||||||
USD |
RUB |
EUR |
USD |
RUB |
EUR |
|||||||
İl |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
2009 |
51840 |
59828811.40 |
0 |
0 |
643 |
1254461. 61 |
1192 |
5607692.15 |
0 |
60 |
568975.00 |
|
2011 |
52217 |
61125777.00 |
4829 |
132633326.31 |
603 |
763223. 00 |
2181 |
7350123.96 |
156 |
10804286.00 |
60 |
172028.00 |
Sistemin üstünlüklərindən biri də üç valyuta ilə köçürmə etmək imkanının olmasıdır. Beləliklə vətəndaş heç bir konvertasiya əməliyyatı etmədən vəsait göndərə və ya ala bilər.