...

"Unibank" avtokreditləşmə şərtlərini yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 15:09 (UTC +04:00)
"Unibank" kreditlə alınan qərb istehsalçılarının avtomobilləri üzrə buraxılış tarixini 2002-ci ilə qədər genişləndirərək avtokreditlərin şərtlərini xeyli yaxşılaşdırıb.
"Unibank" avtokreditləşmə şərtlərini yaxşılaşdırır

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan bankı "Unibank" kreditlə alınan qərb istehsalçılarının avtomobilləri üzrə buraxılış tarixini 2002-ci ilə qədər genişləndirərək avtokreditlərin şərtlərini xeyli yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Yürüşü olan maşınların əksər çeşidi üçün bütün kreditlər üzrə ilkin ödəniş alınacaq avtomobilin dəyərinin 30%-ni təşkil etdiyi halda, bankın faiz dərəcəsi artıq illik 16%-dan başlayır. İşlənmiş avtomobillərin kreditləşmə müddəti 1 ildən 3 ilədək təşkil edir.

Kreditləşmə müddəti və ilkin ödənişin həcmindən asılı olaraq avtokreditlər üzrə faiz dərəcələri də dəyişir. "Unibank"da avtokreditləşmənin loyal şərtləri sırasında əlavə komisya haqlarının və gizli ödənişlərin olmamasını, cərimə sanksiyaları tətbiq edilmədən krediti vaxtından əvvəl bağlamaq imkanını və müştəri tərəfindən kredit valyutasının sərbəst seçilməsini qeyd etmək olar. Bundan əlavə, kreditlə alınan avtomobilin sığortalanması üzrə xərclər avtokreditin məbləğinə əlavə edilə bilər. Kredit ərizəsi üzrə qərarın verilməsi üçün müştəri təkcə avtomobilin texniki pasportunu və sürücülük vəsiqəsini təqdim etməlidir. Belə ki, "Unibank"da avtokreditləri gəlirlər barədə arayışın və ya məşğulluq faktını təsdiq edən sənəd olmaması təqdirdə də almaq olar. Yürüşlü avtomaşınların alınması üçün kredit ərizələrin baxılması müddəti isə 1 günə qədər azaldılıb.

"Son bir il ərzində "Unibank" ASC-nin avtokreditləşmə portfeli 34% artaraq, cari ayın əvvəlinə 89,5 milyon manat təşkil edib", - bankın idarə heyəti sədrinin müavini Faiq Zeynalov bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində avtokredit cəlb edənlərin sayı 19% artaraq 10 min nəfərə yaxınlaşıb. Zeynalovun fikrincə, bank tərəfindən daha loyal şərtlərlə avtokreditlərin təklif olunması, o cümlədən faiz dərəcələrinin azalması ümumilikdə ölkənin avtokreditləşmə bazarına müsbət təsir göstərəcək.

Xatırladaq ki, avtokredit proqramları çərçivəsində "Unibank" Bakıda və bölgələrdə 30-dan artıq diler və avtosalonlarla əməkdaşlıq edir. Bu səbəbdən də müştərilər demək olar ki, istənilən çeşiddə təzə və ya yürüşü olan avtomobili kreditlə əldə edə bilərlər. Yeni kreditləşmə şərtləri müxtəlif markalardan olan, o cümlədən "MERSEDES", "AUDİ", "BMW", "MAZDA", "LEXUS", "TOYOTA", "LAND ROVER", "NİSSAN", "VOLKSWAGEN", "CHEVROLET", "SUBARU", "PORSCHE", "OPEL", "İNFİNİTY", "HYUNDAİ", "KİA", "JEEP", "MİTSUBİSHİ", "HONDA" markalı avtomobillərin 140-dan artıq modelinin alınmasına şamil olunur.

Xəbər lenti

Xəbər lenti