Azərbaycan, Bakı, 28 fevral /Trend müxbir S. Əliyev/
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) balansında "İnjener Nazarov" tankeri yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə DXDG-dən bildiriblər.
Hazırda bu gəmi Mahaçqalada reyddə yanır. Xilasedici gəmi artıq yanan tankerdən heyətin bir qismini təxliyə edib.
"İnterfaks"ın yazdığına görə, heyətin altı üzvü təxliyə edilib, heyətin qalan hissəsi hələ də yanğın baş verən gəmidədir.