...

AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortası ilə bağlı növbəti iri ödənişini gerçəkləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 11:31 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib.
AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortası ilə bağlı növbəti iri ödənişini gerçəkləşdirib

Azərbaycan,Bakı, 2 mart / Trend/

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Sözügedən sığorta növünə aid ödəmə fevralın 18-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 4 215 manat məbləğində sığorta ödəməsi zədələnmiş "Nissan Sunny" markalı avtomobilin sahibinə təqdim olunub.

Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 15 min manata yaxın sığorta haqqı ödəyib.

İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti