...

Azərbaycanda su təchizatı sisteminin yenidən qurulması üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2012 13:01 (UTC +04:00)
"Azərsu" ASC (milli su operatoru) 2012-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, habelə ölkənin regionlarında su təchizatı və kanalizasiya sitemlərinin tikintisi və yenidən qurulmasl məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan edib.
Azərbaycanda su təchizatı sisteminin yenidən qurulması üzrə tender elan edilib

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir Ə.Həsənov/

"Azərsu" ASC (milli su operatoru) 2012-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, habelə ölkənin regionlarında su təchizatı və kanalizasiya sitemlərinin tikintisi və yenidən qurulmasl məqsədilə tikinti-quraşdırma işləri üzrə açıq tender elan edib.

Tender 7 lot üzrə keçirilir:
- lot 1: Kür sutəmizləyici qurğular kompleksində binanın və qurğuların yenidən qurulması;
- lot 2: Supaylayıcı şəbəkələr üzərində yanğın hidrantlarının quraşdırılması;
- lot 3: Səngəçal nasos stansiyasının qurğularının yenidən qurulması;
- lot 4: Z. Tağıyev qəsəbəsində yerləşən nasos stansiyasının qurğularının yenidən qurulması;
- lot 5: Tədris mərkəzinin yaradılması;
- lot 6: Xlor təsərrüfatının yenidən qurulması və xlor təsərrüfatı üçün yeni obyektlərin tikintisi;
- lot 7: Su təminatı ilə problemləri olan regionların kəndlərində su təchizatı sisteminin qurulması.

Hər bir lot üzrə tenderdə iştirak haqqı 300 manat təşkil edir.
Yenidənqurma və tikinti işləri 2012-ci ilin sonuna qədər başa çatmalıdır.

Tender iştirakçıları müqavilənin yerinə yetirilməsi üçün zəruri maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Aşağı qiymət, yaxşı keyfiyyət təklif edən, analoji işlərdə təcrübəsi, texniki imkanları və kadr potensialı olan iştirakçılara üstünlük veriləcək.

Tender şərtlərini aşağıdakı ünvanda əldə etmək olar: Bakı ş., Moskva prospekti, 67 (əlaqələndirici şəxs - Namazaov Qədir Lətif oğlu), tel: (012) 431 47 68 (daxili 3375).

Tenderdə iştirak üçün müvafiq sənədlər 2012-ci il 16 aprel saat 17:00-a qədər, tender təklifləri və bank zəmanəti isə 23 aprel saat 17:00-dək Bakı ş., Moskva prospekti, 67 ünvanı üzrə "Azərsu" ASC-nin baş ofisinə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti