Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir T.Cəfərov/
İran okean gəmilərinin istehsalına başlayıb.
Trend-in İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ilk okean gəmisinin tikintisi bir ay əvvəl başlayıb. Hazırda gəmi 30 faiz hazırdır. Gəminin tikintisi 2013-cü ilin əvvəlinə kimi başa çatdırılacaq.
Gəminin tikintisinə 100 milyon dolar məbləğində vəsait ayırılıb.
Cəmi beş dənə okean gəmisinin tikintisi planlaşdırılır.