...

Fevralda Azərbaycanda 3 mindən artıq vergi qanunvericiliyinin pozulması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 14:29 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ nəzarət tədbirlərinin nəticələrinə əsasən, fevralda 3226 vergi ödəyicisinin vergi qanunvericiliyini pozması faktı aşkarlanıb.
Fevralda Azərbaycanda 3 mindən artıq vergi qanunvericiliyinin pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 9 mart/Trend müxbir A. Axundov/

Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ nəzarət tədbirlərinin nəticələrinə əsasən, fevralda 3226 vergi ödəyicisinin vergi qanunvericiliyini pozması faktı aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin rəsmi saytında dərc edilən məlumatda deyilir.

Araşdırma dövründə 1687 vergi ödəyicisi nağd hesablaşmaların aparılması qaydalarını pozub, 346 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul edib və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla alıb-satıb və ya dəyişdirib.

Aparılan tədbirlər nəticəsində 192 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 619 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 123 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 35 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 499 ədəd mal olduğu aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti