...

Azərbaycanda 800 kq-a yaxın yararsız ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 18:07 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı Yararsız ərzaq məhsulları aşkar edilərək məhv olunub.
Azərbaycanda 800 kq-a yaxın yararsız ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 9 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilərək məhv olunub.

Trend-in cümə günü nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakının Nizami, Binəqədi, Səbail, Yasamal rayonlarında, Şəki, Sumqayıt, Gəncə, Cəlilabad, Quba şəhərlərində, eləcə də Sabirabad, Tərtər, Göygöl, Ağdaş və Goranboy rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 800 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti