Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/
Novruz bayramı günlərində "Azərbaycan Dəmir Yolları" QSC daxili sərnişin reyslərindəki qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, əlavə vaqonlar daxili reyslər üzrə qatarlara martın 20-dən 27-dək qoşulacaq.
"Daxili reyslər üzrə qatarlara əlavə vaqonlar hər il bayram günləri qoşulur. Bu, artan sərnişin axınının emalı üçün lazımdır", - Əzməmmədov.
Ötən il QSC-də sərnişin daşımalarının ümumi həcmi 3,5 milyon nəfər təşkil edib.