...

Azərbaycanın qeyri-neft sektoru iki ay ərzində vergi daxiolmalarını təxminən 39 faiz təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 11:20 (UTC +04:00)
2012-ci ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 47 milyon 483,5 min manat təşkil edib, proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.
Azərbaycanın qeyri-neft sektoru iki ay ərzində vergi daxiolmalarını təxminən 39 faiz təmin edib

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir A.Axundov /

2012-ci ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 47 milyon 483,5 min manat təşkil edib, proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Vergi daxilolmalarının 39,6 faizi mənfəət vergisinin, 26,5 faizi əlavə dəyər vergisinin, 11,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 6,7 faizi aksizlərin, 15,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 571 milyon 657,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 32,6 faiz çoxdur.

Yanvar-fevral aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 13 min 103, 2011-ci ilin iyul ayının 1-dən cari ilin mart ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 17 min 896 olub. 1 mart 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 431 min 628 olub.

2012-ci ilin yanvar-fevral ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti