...

TBC Kredit "Faizsiz ay" yaz aksiyasını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 15:48 (UTC +04:00)
Novruz bayramı ərəfəsində və çoxdan gözlənilən yaz fəslinin gəlişi münasibətilə "TBC Kredit" girovsuz kreditə "Faizsiz ay" yaz kampaniyasını elan edib.
TBC Kredit "Faizsiz ay" yaz aksiyasını elan edib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Novruz bayramı ərəfəsində və çoxdan gözlənilən yaz fəslinin gəlişi münasibətilə "TBC Kredit" girovsuz kreditə "Faizsiz ay" yaz kampaniyasını elan edib.

Kredit təşkilatından cümə günü Trend-ə verilən məlumata görə, aprelin 30-dək girovsuz "Təcili pul" kreditinə müraciət edən hər kəs faizsiz ay hədiyyə qazanır! Faiz ikinci aydan başlayaraq hesablanır.

"Təcili pul" girovsuz kreditdir və istənilən məqsəd üçün nəzərdə tutulub. Bu kredit üzrə maksimal məbləğ 10 min manat, maksimal müddət isə 24 ay təşkil edir. Mövcud məhsul əhali arasında böyük tələbatla istifadə olunur. Belə ki, kredit minimal sayda sənədlərin təqdimatı əsasında 2 gün ərzində verilir.

Əlavə məlumat üçün TBC Kreditin xidmət mərkəzlərinə 598-07-91/598-22-12 nömrələri ilə zəng edə və ya www.tbc.az saytından məlumat ala, onlayn müraciət formasını doldura və kredit kalkulyatorunun köməyi ilə aylıq ödənişlərinizi hesablaya bilərsiniz.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən təşkilatın 75%-i Gürcüstanın aparıcı bankı TBC Banka və 25%-i isə ShoreBank International Ltd.-yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti