...

"Ford Servis"də endirim kampaniyasının müddəti artırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 15:35 (UTC +04:00)
"Ford Servis" tərəfindən 2012-ci il 15 fevral tarixindən etibarən mart ayının 15-dək davam edən endirim kampaniyasının müddəti aprelin 15-nə qədər uzadılıb.
"Ford Servis"də endirim kampaniyasının müddəti artırıldı

Azərbaycan, Bakı, 27 mart /Trend/

"Ford Servis" tərəfindən 2012-ci il 15 fevral tarixindən etibarən mart ayının 15-dək davam edən endirim kampaniyasının müddəti aprelin 15-nə qədər uzadılıb.

Trend-in məlumatına görə, kampaniyanın şərtlərinə əsasən, müştərilər bir ay ərzində avtomobilin hərəkətli hissələrini pulsuz diaqnostika etdirə bilər, həmçinin, əlaqədar ehtiyat hissələrinə və işçilik haqqına 20% endirim əldə edə bilərlər.

Ətraflı məlumatı Ford Servisdən, www.ford.az saytından və ya http://www.facebook.com/fordazerbaijan səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, "FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət "Ford" markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir.

Xəbər lenti

Xəbər lenti