...

Cəlilabadda rəqabətqabiliyyətli şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 16:19 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
Cəlilabadda rəqabətqabiliyyətli şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak edib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, "2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına, kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaq.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, üzümçülüyün və şərab istehsalının inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Qadın Sahibkarlar Forumunun nümayəndələri çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, ölkənin dinamik inkişafında sahibkarların rolundan bəhs ediblər.

Xəbər lenti

Xəbər lenti