...

DB Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2012 14:57 (UTC +04:00)
Bir gün əvvəl Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun Dünya Bankının (DB) missiyası ilə keçirilən görüşündə "Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri" məsələsi müzakirə edilib.
DB Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Ə.Həsənov/

Bir gün əvvəl Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun Dünya Bankının (DB) missiyası ilə keçirilən görüşündə "Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri" məsələsi müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Nazir "Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri" barədə DB-nin təşəbbüsünü dəstəklədiyini söyləyərək, bu sahədə zəruri tədbirlərə dair Milli Kənd təsərrüfatı Strategiyanın hazırlanmasını vacib hesab edib və adaptiv tədbirlərdən ibarət ölkə əhəmiyyətli layihələrin hazırlanaraq həyata keçirilməsində DB-nin də dəstəyinə ümid edəcəyini qeyd edib.

Abasov DB ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün ölkəmizdə geniş imkanların mövcudluğunu bildirərək, qeyd edilən məsələlərin həllində, eləcə də Azərbaycanın kənd təsərrüfatının inkişafına və müasirləşməsinə DB-nin lazımi köməkliyinin əsirgəməyəcəyinə əminliyini nəzərə çatdırıb.

DB-nin missiya rəhbəri Nikolas Ahouissoussi səmimi qəbula görə minnətdarlığını bildirərək, "Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri" mövzusunda aparılan müzakirələrin səmərəli olduğunu və DB-nin bundan sonra da Azərbaycanın kənd təsərrüfatının inkişafına öz töhfələrini verəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti