...

Qazaxda "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 14:58 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda treninq keçirilib.
Qazaxda "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, treninqdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin, İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti