...

Metanol gələcəyin ekoloji cəhətdən təmiz enerji mənbəyidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 11:48 (UTC +04:00)
Metanol gələcəyin ekoloji cəhətdən təmiz enerji mənbəyidir
Metanol gələcəyin ekoloji cəhətdən təmiz enerji mənbəyidir

Metanolla aparılan ümumdünya əməliyyatlarında ətraf-mühitin qorunması sahəsində ən yüksək standartların təbliğini öz üzərinə götürmüş ABŞ-ın Metanol İnstitutu (www.methanol.org) metanolun ekoloji və enerji üstünlüklərini müntəzəm olaraq ictimaiyyətin diqqətinə çatdırır. İnstitut həmçinin metanolun ətraf-mühit üçün əlverişli, bir sıra bazarlar üçün vacib həlli kimi tətbiqi barədə də informasiya mübadiləsi aparmağa çalışır.

Metanol əriyə bilən, bioloji cəhətdən spirtlə parçalana bilən maddə olub, təbiətdə təbii formada rast gəlinir. Metanol çirkab suların denitrifikasiyası yolu ilə həssas novların və sulu kollektorların təmizlənməsi, yanacaqlarda və yanacaq elementlərində təmiz enerji kimi, habelə biodizel yanacağının istehsalı prosesində xammal ehtiyatı kimi tətbiqi də daxil olmaqla çoxsaylı tətbiq sahələrində ətraf-mühit üçün əlverişli həllərin bir hissəsidir.

Metanol həm də digər yanacaq mənbələri ilə müqayisədə nisbətən daha təmiz yanır və ona görə də nəqliyyat sektorunda benzin və dizel yanacağını əvəz edən alternativ yanacaq kimi getdikcə daha geniş şəkildə tətbiq olunmaqdadır. Metanol qeyri-stasionar və avtonom enerji istehsalı bazarlarında yanacaq elementlərinin istehsal texnologiyasında hidrogen daşıyıcısı kimi də böyük rol oynayır. Metanol yanacağı ilə işləyən turbinlər də həmçinin bəzi tətbiq sahələrində şəbəkə enerjisi istehsal edirlər.

Bundan əlavə, metanolun dünya miqyasında istehsalı və yayılması nəticəsində istixana qazı effektini azalmaq məqsədilə metanol sənayesi ilə işlənib hazırlanan innovasiya yanaşmaları mövcuddur. Son on il ərzində metanol zavodları effektiv modernləşdirmə nəticəsində ətraf-mühitə karbon qazı (karbon dioksidi) tullantılarının miqdarını xeyli - 40% azaltmağa nail olmuşlar. "Biz həmçinin bərpa olunan xammal mənbələrinin əksəriyyətində qlobal metanol bazarının yarandığını də görürük" institut tərəfindən təqdim olunan müxtəlif tədqiqat nəticələrində deyilir.

Xəbər lenti

Xəbər lenti