...

ABŞ şirkətinin Azərbaycandakı törəmə strukturunun yığımlarının yarısı məsuliyyət sığortasının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 17:19 (UTC +04:00)
2012-ci ilin birinci rübündə ABŞ-ın "Chartis" (AIG Insurance) şirkətinin Azərbaycandakı "Chartis Azerbaijan" törəmə strukturu 0,447 milyon manat məbləğində sığorta mükafatı yığıb.
ABŞ şirkətinin Azərbaycandakı törəmə strukturunun yığımlarının yarısı məsuliyyət sığortasının payına düşür

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci yarısında ABŞ-ın "Chartis" (AIG Insurance) şirkətinin Azərbaycandakı "Chartis Azerbaijan" törəmə strukturu 0,447 milyon manat məbləğində sığorta mükafatı yığıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Bütün mükafatlar könüllü sığorta növləri üzrə toplanıb. "Chartis Azerbaijan" fərdi sığorta növləri üzrə 1360 manat məbləğində mükafat yığıb.

Hesabat dövründə şirkət əmlak sığortası üzrə 0,223 milyon manat yığıb, onlardan 0,162 milyon manat yanğın və digər risklərə görə əmlak sığortasının, 61,6 min manat isə yüklərin sığortasının payına düşüb.

Mülki məsuliyyət sığortası növlərinin payına 0,223 milyon manat düşüb.

2012-ci ilin birinci rübündə sığorta şirkəti ödənişlər həyata keçirməyib.

Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir. Şirkət icbari sığortanın bir, könüllü sığortanın isə yeddi növü üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti