...

Azərbaycanın "AtaSığorta" şirkəti sığorta yığımlarını ikiqat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 11:13 (UTC +04:00)
"AtaSığorta" şirkətinin 2012-ci ilin 1-ci dübü ərzində topladığı sığorta haqları 3,508 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Azərbaycanın "AtaSığorta" şirkəti sığorta yığımlarını ikiqat artırıb

Azərbaycan, Bakı, 11 aprel / Trend/

"AtaSığorta" şirkətinin 2012-ci ilin 1-ci dübü ərzində topladığı sığorta haqları 3,508 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Şirkətdən verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8% artaraq 0,528 mln. manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Hal-hazırda şirkətin 2 filialı fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti