...

DB Şamaxıda su layihəsi çərçivəsində podratçını müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 13:26 (UTC +04:00)
Milli su operatoru "Azərsu" ASC və Dünya Bankı (DB) çirkab suların təmizlənməsi üçün Şamaxı şəhərində qurğunun və onunla bağlı digər tikililərin inşası üzrə podradçını müəyyənləşdirib.
DB Şamaxıda su layihəsi çərçivəsində podratçını müəyyənləşdirib

Azərbaycan, Bakı, 12 aprel/Trend, müxbir Ə. Həsənov/

Milli su operatoru "Azərsu" ASC və Dünya Bankı (DB) çirkab suların təmizlənməsi üçün Şamaxı şəhərində qurğunun və onunla bağlı digər tikililərin inşası üzrə podradçını müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərsu"nun rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tenderin qalibləri "BIOWORKS Verfahrenstechnik GmbH" (Almaniya) və "T.T.Ş. İnşaat" MMC (Azərbaycan) şirkətləri olub. Həmin şirkətlərlə artıq müqavilə bağlanıb.

Layihəyə əsasən, Şamaxı şəhərində çirkab suların təmizlənməsi üzrə qurğu tikiləcək. Həmin qurğu ATV-131 standartı üzrə işləyəcək.

Qurğunun istehsal gücü sutkada 9,5 min kubmetr təşkil edəcək. O, 50 min insana xidmət göstərəcək. Tikinti işləri 18 ay ərzində tamamlanmalıdır.

Bu layihə DB və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti