...

Azərbaycan gömrüyü birinci rübdə ödənişlər üzrə proqnozu təqribən 13 milyon dollar artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 14:19 (UTC +04:00)
Объем отчислений в государственный бюджет по линии Государственного таможенного комитета (ГТК) в первом квартале позволяет говорить о том, что прогноз на 2012 год будет выполнен.
Azərbaycan gömrüyü birinci rübdə ödənişlər üzrə proqnozu təqribən 13 milyon dollar artıqlaması ilə yerinə yetirib

Azərbaycan, Bakı, 12 aprel /Trend müxbir A. Axundov/

Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə birinci rübdə dövlət büdcəsinə ödənişlərin həcmi deməyə imkan verir ki, 2012-ci il üzrə proqnoz yerinə yetiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DGK-nın sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin üç ayı ərzində ötən ilin analoji dövrünə nisbətən 10 milyon manatdan çox vəsait köçürülüb.
"İxrac-idxal əməliyyatları baxımından birinci rüb DGK üçün vacib və mürəkkəbdir. Lakin biz proqnozu yerinə yetirdik", - Əliyev qeyd edib.

DGK birinci rübdə dövlət büdcəsinə gömrük rüsumları və vergilər hesabına 347,28 milyon manat köçürüb ki, bu da dövlət büdcəsinə ödənişlər üzrə gömrük orqanları üçün illik proqnozun 21 faizini təşkil edib.

DGK xətti ilə 2011-ci il üçün 1,14 milyard manat həcmində ödənişlər proqnozu yerinə yetirilib. 2012-ci il üçün proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti