...

Azərbaycan Estoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 14:01 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Estoniya Respublikasının kənd təsərrüfatı naziri Helir-Valdor Seederin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan Estoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərini təqdim edib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Estoniya Respublikasının kənd təsərrüfatı naziri Helir-Valdor Seederin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.

Nazir İsmət Abasov Helir-Valdor Seederi səmimi salamlayaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat vermişdir.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini vurğulayaraq bildirmişdir ki, 2011-ci ildə Estoniya Respublikasından ölkəmizə 53,2 min ABŞ dollar dəyərində aqrar-sənaye məhsulları idxal edilmişdir. Ölkəmizdən Estoniya Respublikasına isə 388,3 min ABŞ dollar dəyərində aqrar-sənaye məhsulları ixrac olunmuşdur.

Abasov iki ölkənin baytarlıq qurumları arasında heyvanların təhlükəli yoluxucu xəstəliklərinin vəziyyəti haqqında, bitki mühafizəsi və karantini sahəsində davamlı olaraq məlumat və təcrübə mübadiləsinin aparıldığını, karantin zərərli orqanizmlərin ölkələrimizin ərazilərinə daxil olmasının qarşısını almaq məqsədilə müvafiq fitosanitar tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı.

Nazir Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı istiqamətlərdə təkliflərini nəzərə çatdırmışdır:

- "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;- "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;
- "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Estoniya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanması;
- Dənli və dənli-paxlalı bitkilərin qarşılıqlı sınağının keçirilməsi və rayonlaşdırılması sahəsində əməkdaşlıq;
- Respublikada istehsal olunan meyvə-tərəvəz və konserv məhsullarının Estoniya Respublikasına ixracının artırılması;
- Aqrar yönümlü təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması.

Seeder səmimi qəbula görə öz minnətdarlığını bildirmiş və aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırdı.

Xəbər lenti

Xəbər lenti