...

Bakı-Antalya birbaşa aviareysinin açılması turist axınını xeyli artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 14:08 (UTC +04:00)
"Gatab" şirkəti çoxlu sayda azərbaycanlı turistin cəlb edilməsi məqsədilə Bakı-Antalya birbaşa aviareysinin açılmasını təklif edir.
Bakı-Antalya birbaşa aviareysinin açılması turist axınını xeyli artıracaq

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Antalya şəhərinin turizm və infrastrukturunun inkişafı üzrə "Gatab" şirkəti çoxlu sayda azərbaycanlı turistin cəlb edilməsi məqsədilə Bakı-Antalya birbaşa aviareysinin açılmasını təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "AirNewsTimes" qəzeti şirkətin rəhbəri Yusif Urasa istinadən yazır.

Qəzetin məlumatına görə, "Gatab" artıq bu layihənin həyata keçirilməsi üzrə işlərə başlayıb və bu istiqamətdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslanla danışıqlar aparır.

Uras onu da qeyd edib ki, iri aviaşirkətlər bu layihənin həyata keçirilməsinə maraq göstəriblər.

"2011-ci ildə Türkiyəyə 600 min azərbaycanlı turist gəlib. Biz Bakı-Antalya birbaşa aviareysini açmaqla bu rəqəmi ildə bir milyon nəfərə çatdıra bilərik", - o deyib.

Xəbər lenti

Xəbər lenti