...

Azərbaycan sığorta şirkətinin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 19:10 (UTC +04:00)
Aprelin 20-dən etibarən "Əmrah Sığorta" şirkətinin adlı, sənədli, adi səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayacaq. Bunun nəticəsində şirkətin nizamnamə kapitalı 4,738 milyon manatadək artacaq.
Azərbaycan sığorta şirkətinin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 19 aprel/Trend, müxbir A. Axundov/

Aprelin 20-dən etibarən "Əmrah Sığorta" şirkətinin adlı, sənədli, adi səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayacaq. Bunun nəticəsində şirkətin nizamnamə kapitalı 4,738 milyon manatadək artacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.

Bu gün şirkətin kapitalı 4,5 milyon manat təşkil edir.

"Əmrah Sığorta" öz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması haqqında təkliflə fond birjasına müraciət edib", - BFB-nin məlumatında deyilir.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin 238 min manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 1190 səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Xəbər lenti

Xəbər lenti