...

Azərbaycan və ABŞ iqtisadiyyatda yeni birgə təşəbbüsləri müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2012 10:52 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən iqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyanın üçüncü iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Departamentinin saytında məlumat verilir
Azərbaycan və ABŞ iqtisadiyyatda yeni birgə təşəbbüsləri müzakirə ediblər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E. Tariverdiyeva/

ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən iqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyanın üçüncü iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Departamentinin saytında məlumat verilir.

Qurumun məlumatına əsasən, iclasda ABŞ Dövlət Departamenti, enerji, ədliyyə və maliyyə nazirlikləri, ABŞ Ticarət Nümayəndəliyi İdarəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ-ın İxrac-İdxal Bankı, ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin nümayəndələri iştirak ediblər.

"Nümayəndə heyətləri iqtisadiyyatın şaxələndirilməsi, maliyyə xidmətləri, enerji, ticarət və investisiyalar sahələri, habelə yeni birgə təşəbbüsləri müzakirə ediblər" , - məlumatda deyilir.

İclas iştirakçıları həmçinin, USAID-in Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyələşdirilməsində Azərbaycan hökumətinin iştirak etdiyi sazişin genişləndirilməsini müzakirə ediblər.

Hökumətlərarası komissiyanın həmsədrləri ABŞ dövlət katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats və Azərbaycanın maliyyə naziri Samir Şərifov olub. Həmsədrlər ABŞ və Azərbaycan arasında gələcək iqtisadi və ticari əməkdaşlıq üçün imkanları öyrəniblər.

İclasda dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisi Xose Fernandes, USAID-in Avropa və Avrasiya ölkələri üzrə administratorunun köməkçisi Aleksandr Peyc, dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Robert Bleyk, enerji nazirinin elektrik enerjisinin tədarükü və enerji təchizatının etibarlılığı üzrə enerji nazirinin müavini Patritsiya Hofman və Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Morninqstar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti