...

Azərbaycan bankı "Bank of Baku" uduşlu lotereyasının oynanılacağını elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 12:31 (UTC +04:00)
2 may 2012-ci il tarixində "Bolkart" uduşlu lotereyası oynanılacaq. Trend-in məlumatına görə, bu barədə Bank of Baku-nun bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Bank of Baku" uduşlu lotereyasının oynanılacağını elan edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2 may 2012-ci il tarixində "Bolkart" uduşlu lotereyası oynanılacaq. Trend-in məlumatına görə, bu barədə Bank of Baku-nun bazar ertəsi yaydığı məlumatda deyilir.

1-30 aprel tarixləri arasında azı 50 manat məbləğində alış-veriş etmiş "Bolkart" sahibləri bu lotereyaya qatılmaq hüququ əldə edir. Aksiya zamanı daha çox alış-veriş etmiş şəxs daha çox udmaq şansı qazanır. Misal üçün, 300 manat miqdarında alış-veriş etmiş kart sahibi müvafiq olaraq 6 şans əldə etmiş olur. Nağdlaşdırma əməliyyatına aid dövriyyələr lotereyaya aid edilmir. Bolkart üzərində təsbit edilmiş 16 rəqəmin son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu olacaq. Lotereyaya qatılan hər bir şəxsin kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında müəyyən ediləcək.

Uduş fondu 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaqdır.

Uduşların nəticələri "Azərbaycan" qəzeti səhifələrində dərc ediləcək.

Lotereyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Bolkart sahibləri habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi- www.facebook.com/Bolkart vasitəsilə müvafiq məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti