...

Bakıda növbəti dəfə saxta endirim kampaniyasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 16:36 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 23 ünvanında Qafur Ravəndiyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada "Bütün malllara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.
Bakıda növbəti dəfə saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 23 ünvanında Qafur Ravəndiyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada "Bütün malllara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mağazanın ön pəncərəsində bütün mallara endirimin tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti