...

Azərbaycan bankı "Bank of Baku" Şuşadan olan məcburi köçkünlərə yardım edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 14:10 (UTC +04:00)
Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan bankı "Bank of Baku" Şuşa şəhərindən olan bir qrup məcburi köçkünə maddi yardım göstərib.
Azərbaycan bankı "Bank of Baku" Şuşadan olan məcburi köçkünlərə yardım edib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan bankı "Bank of Baku" Şuşa şəhərindən olan bir qrup məcburi köçkünə maddi yardım göstərib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Tədbirin gedişində əslən Şuşadan olan həmvətənlərimiz Şuşanı və şuşalıları unutmayan şəxs və qurumlara təşəkkürlərini bildiriblər.

Ayrılan maddi yardıma görə "Bank of Baku" rəhbərliyinə xüsusi minnətdarlığını ifadə edən Asəf Məhərrəmov bu addımın nümunəvi bir mənəvi hərəkət olduğunu vurğulayıb.

"Mən öz adımdan və yaxınlarım adından bizi unutmadıqlarına və təmannasız olaraq bizə yardım əli uzatdıqlarına görə "Bank of Baku"ya böyük təşəkkürümüzü bildirirəm. Bu, həqiqətən də təqdirəlayiq bir aksiyadır", - Məhərrəmov bildirib.

Şuşalı məcburi köçkün Aybəniz Əliyeva isə köçkünlük həyatının acısını onlarla birgə bölüşdüyünə görə, "Bank of Baku" rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti