...

"AtaSığorta" illik yığıncağın keçirilmə tarixini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

21 iyun 2012-ci il tarixində saat 10:00-da "AtaHoldinq" ASC-nin Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 (Yeni Həyat Plaza) ünvanında yerləşən ofisində "AtaSığorta" ASC-nin səhmdarlarının 2011-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi holdinqin yaydığı məlumatda deyilir.

Sığorta şirkətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iclasda "AtaSığorta" ASC-nin 2011-ci il üzrə fəaliyyətinin yekunları müzakirə olunacaq, müstəqil auditor tərəfindən təsdiqlənmiş "AtaSığorta" ASC-nin 2011-ci ilin yekunları üzrə maliyyə hesabatları təsdiq olunacaq və digər məsələlərə baxılacaq.

Qeyd edək ki, "AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Hazırda şirkətin 2 filialı fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti