...

Azərbaycanda sahəvi pensiya fondları yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2012 14:24 (UTC +04:00)
Azərbaycanda sahəvi pensiya fondlarının yaradılması nəzərdə tutulur.
Azərbaycanda sahəvi pensiya fondları yaradılacaq

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda sahəvi pensiya fondlarının yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

"Sahəvi peşə pensiya fondlarının yaradılması və inkişafı görüləcək tədbirlərdən biridir. Bu tədbirlərin reallaşdırılması yaxın müddətdə ölkənin pensiya-sığorta sisteminin səmərəliliyini artıracaq. DSMF-nin könüllü əlavə sığortalanmaya keçidi ölkə vətəndaşlarının pensiya təminatını yaxşılaşdıracaq", - Müslümov deyib.

Fond sədri belə tədbirlər qismində sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektivli inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatların aparılması, pensiya təyinatının avtomatlaşdırılması və və elektron xidmətlərin təşkili, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsini qeyd edib.

Onun sözlərinə görə, yığım komponentinin tətbiqi məqsədilə DSMF hazırda bu sahədə beynəlxalq təcrübəni öyrənir və müvafiq təhlillər aparır.

"Aktuar tədqiqatların nəticələri göstərir ki, ölkədə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması üçün yığım komponentinin tətbiqi ilə məşğul əhalinin sosial sığorta sistemində daha fəal iştiraka cəlb olunması və bu prosesin dövlətin əlavə maliyyə resursları ilə dəstəklənməsi sahəsində imkanlar mövcuddur", - Müslümov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti