...

AGBank-ın uzunmüddətli reytinqi yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 18:08 (UTC +04:00)
"Standard&Poors" beynəlxalq reytinq agentliyi AGBank-ın uzunmüddətli reytinqini "B-"dən "B" səviyyəsini kimi yüksəldib.
AGBank-ın uzunmüddətli reytinqi yüksəlib

Azərbaycan, Bakı, 14 may /Trend/

"Standard&Poors" beynəlxalq reytinq agentliyi AGBank-ın uzunmüddətli reytinqini "B-"dən "B" səviyyəsini kimi yüksəldib.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu, 2012-ci il ərzində "Standard&Poors" tərəfindən həyata keçirilən artıq ikinci müsbət dəyişiklikdir. Belə ki, cari ilin mart ayında öz konservativ yanaşması ilə fərqlənən S&P reytinq agentliyi AGBankın kredit portfelinin keyfiyyətində müşahidə olunan müsbət dəyişiklikləri nəzərə alaraq, bankın "outluk"u üzrə proqnozunu "neqativ"dən "stabil"ə kimi yüksəldib. Və nəhayət, sonuncu dəyişiklik nəticəsində bankın uzunmüddətli reytinqi qaldırılaraq "B" səviyyəsində təsdiq edilib ki, bu da öz növbəsində, AGBank-ın daha əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını genişləndirir.

Cari ilin birinci rübünün sonuna AGBank-ın aktivləri 321 milyon manat təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44,2 milyon və ya 16% artım deməkdir. Həmçinin, kredit portfeli 2011-ci ilin birinci rübü ilə müqayisədə 11% artaraq 211,1 milyon manat təşkil edir.

Bank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirməkdədir. Bankın səhmdar kapitalının 17,5%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) məxsusdur.

Xəbər lenti

Xəbər lenti