...

Azərbaycan dövlət istiqrazlarının emissiyası və tədavülünü sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 16:27 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Dövlət istiqrazlarının emissiyası və tədavülü" qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Azərbaycan dövlət istiqrazlarının emissiyası və tədavülünü sadələşdirib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Ə.Həsənov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Dövlət istiqrazlarının emissiyası və tədavülü" qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Yeni qaydalarda dövlət istiqrazlarının buraxılışlarının qeydiyyatının sadələşdirilməsi və hər bir istiqraz buraxılışına Milli Nömrəliyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin (İSİN kodların) verilməsi nəzərdə tutulub.

"Bu da öz növbəsində dövlət qiymətli kağızları barədə geniş investor kütləsinə məlumatların yayılmasına və bu alətə marağın artmasına imkan verəcək", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti