...

Yanvar-apreldə AXA MBASK-ın sığorta agentləri 28 mindən artıq NVSMMİS vəsiqəsi satıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2012 12:17 (UTC +04:00)
Bu ilin dörd ayının yekunlarına görə, AXA MBASK agentləri tərəfindən 2490.015 manat məbləğində 28.225 ədəd NVSMMİS vəsiqəsi satılıb.
Yanvar-apreldə AXA MBASK-ın sığorta agentləri 28 mindən artıq NVSMMİS vəsiqəsi satıblar

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir E.İsmayılov /

Bu ilin dörd ayının yekunlarına görə, AXA MBASK agentləri tərəfindən 2490.015 manat məbləğində 28.225 ədəd NVSMMİS vəsiqəsi satılıb. Bu barədə Trend-ə şirkətdən bildirilib.

Agent müqaviləsi ilə işləyən sığorta agentləri komisyon haqqına çalışırlar. Bu haqqın məbləği icbari sığorta növlərində 15%-dən bəzi könüllü sığorta növlərində 25%-dək dəyişir. Ümumiyyətlə isə sığorta agentinin aylıq qazancı yalnız özündən asılıdır. Şirkətin bəzi agentləri komisyon haqqından əlavə satışla, portfelin tərkibi və mənfəəti ilə bağlı müxtəlif bonuslar da alırlar.

Belə ki, son 4 ay ərzində AXA MBASK şirkətinin agentləri yalnız icbari sığorta növlərindən 373.502 manat məbləğində komisyon haqqı əldə ediblər. Digər sığorta növlərindən də təqribən bu qədər komisyon haqqı və bonus qazanılıb. Şirkətin statistik məlumatlarına əsasən AXA MBASK-ın agentliklərinin orta aylıq xalis mənfəəti 2000-3000 manatdır. Bu, bazar üçün çox yüksək rəqəmdir. Bəzi agentliklər isə ayda 5000-6000 manat mənfəət əldə edirlər.

Hazırda Azərbaycan sığorta bazarının sürətlə inkişaf etdiyi bir dövrdə sığorta agenti peşəsi maliyyə cəhətdən sərfəli, gələcək vəd edən fəaliyyət növü sayıla bilər. 24 iyun 2011-ci il tarixində qəbul olunmuş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunu bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

İcbari Sığorta Bürosunun məlumatına görə, cari ilin təkcə birinci rübündə İcbari Sığorta Bürosunun iştirakçısı olan 10 sığorta şirkəti 11,1 milyon manatlıq ümumi sığorta mükafatı olan 146,5 min müqavilə bağlayıblar. Bu ilin dörd ayının yekunlarına görə isə AXA MBASK agentləri tərəfindən 2490.015 manat məbləğində 28.225 ədəd NVSMMİS vəsiqəsi satılıb.

Bu gün əhalinin sığorta mədəniyyəti zəif olduğu, əksər sığorta müqavilələrinin icbari sığorta növlərinin (xüsusilə də nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) payına düşdüyü üzündən sığorta agentləri tərəfindən sığorta şəhadətnamələrinin maksimum 20-30 % satılır.

Lakin sığorta biznesinin Qərbdəki klassik modeli sırf ixtisaslı xidmətləri ehtiva edir. Yəni sığorta şirkətləri öz məhsullarını yaradıb bazara çıxardır, həmin məhsulların satışını isə sığorta agentlikləri həyata keçirirlər. Ona görə də Avropada və ABŞ-da sığorta mükafatlarının 80%-ə qədər məhz agentliklərin payına düşür, qalan 20 % də sığorta şirkətlərinin ofislərində korporativ və birbaşa satışlardan əldə edilir.
AXA MBASK sığorta şirkəti Azərbaycan bazarında bu üsuldan yararlanan birinci olub. Bu gün AXA MBASK-ın sığorta agentlikləri ölkənin bir çox şəhərlərində açıılır və sayları 60-dan çoxdur, getdikcə daha çox sığorta agenti öz gələcəyini AXA MBASK ilə bağlamağa üstünlük verir.
Belə ki, son 4 ay ərzində AXA MBASK şirkətinin agentləri yalnız icbari sığorta növlərindən 373.502 manat məbləğində komisyon haqqı əldə ediblər. Digər sığorta növlərindən də təqribən bu qədər komisyon haqqı və bonus qazanılıb. Şirkətin statistik məlumatlarına əsasən AXA MBASK-ın agentliklərinin orta aylıq xalis mənfəəti 2000-3000 manatdır. Bu bazar üçün çox yüksək rəqəmdir. Bəzi agentliklər isə ayda 5000-6000 manat mənfəət əldə edirlər.
Cəmi bir il əvvəl sığorta agenti peşəsi daha çox gəncləri, ali təhsil məzunlarını maraqlandırırdısa, bu gün artıq bir çox kiçik və orta özəl qurumların rəhbərləri də AXA MBASK şirkətinə əməkdaşlıq barədə müraciət edirlər.
Bakı şəhəri, Tbilisi prospekti, 49/C, Chirag Plaza BM ünvanında yerləşən AXA MBASK şirkətinin agent xidmətləri mərkəzinin qapıları özünü sığorta agenti kimi sınamaq istəyən hər kəsin üzünə açıqdır. Şirkətin mütəxəssisləri bunun üçün bütün lazımi məlumatları təqdim edər, Sizi maraqlandıran hər suala ətraflı cavab verərlər.

Xəbər lenti

Xəbər lenti