...

Bakıdan Kiyevə və Sankt-Peterburqa dəmir yol reysləri zəruri olduqda bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 12:12 (UTC +04:00)
Bakı-Kiyev və Bakı-Sankt-Peterburq beynəlxalq dəmir yol reysləri zərurət yaranacağı halda bərpa olunacaq.
Bakıdan Kiyevə və Sankt-Peterburqa dəmir yol reysləri zəruri olduqda bərpa ediləcək

Azərbaycan, Bakı, 23 may / Trend, müxbir E.İsmayılov /

Bakı-Kiyev və Bakı-Sankt-Peterburq beynəlxalq dəmir yol reysləri zərurət yaranacağı halda bərpa olunacaq. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, həmin marşrutlarda sərnişin axınının aşağı olması nəzərə alınaraq həmin reyslərin dayandırılması barədə qərar qəbul edilib.

"Lakin zərurət yaranacağı halda həmin reyslərin bərpa olunması məsələsinə baxıla bilər", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Astara marşrutu üzrə ekspres reysi də ləğv edilib. "Bu qərar da sərnişin axınının aşağı olması ilə bağlıdır", - mətbuat xidmətinin rəhbəri deyib.

Dünən "Azərbaycan Dəmir Yolları"nın sərnişin qatarlarının yeni mövsümi hərəkət qrafiki açıqlanıb. Həmin qrafikə uyğun olaraq Bakı-Kiyev və Bakı-Sankt-Peterburq beynəlxalq dəmir yol reysləri, eləcə də Bakı-Astara marşrutu üzrə ekspres reysi ləğv edilib.

Xəbər lenti

Xəbər lenti