...

Samir Şərifov: Dünya bazarlarında neftin qiymətlərində tərəddüdlər Azərbaycanın dövlət büdcəsi üçün təhlükəli deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 10:37 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətlərində tərəddüdlər və onun qiymətinin 100 dollardan aşağı səviyyəyə düşməsi Azərbaycanın dövlət büdcəsi üçün təhlükə deyil.
Samir Şərifov: Dünya bazarlarında neftin qiymətlərində tərəddüdlər Azərbaycanın dövlət büdcəsi üçün təhlükəli deyil

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir A.Axundov /

Dünya bazarlarında neftin qiymətlərində tərəddüdlər və onun qiymətinin 100 dollardan aşağı səviyyəyə düşməsi Azərbaycanın dövlət büdcəsi üçün təhlükə deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə maliyyə naziri Samir Şərifov bildirib.

"Biz ölkənin dövlət büdcəsi üçün xüsusi təhlükə görmürük. Hələlik qiymətlər tərəddüd edir, il ərzində isə neftin orta qiyməti 100 dollardan yuxarı olur. Ona görə də müəyyən tərəddüdlər ola bilər. Lakin bu, prinsipial deyil. Hesab edirəm ki, ciddi təlatüm olmayacaq", - nazir deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyat üçün müəyyən risklər hələ də mövcuddur.

"Avrozona ölkələrinin borc bazarlarında vəziyyət dünya iqtisadiyyatı üçün nisbətən qlobal risklər yaradır. Ümumilikdə, biz hesab edirik ki, bu, neftin qiymətlərinə mənfi təsir göstərməyəcək", - Şərifov bildirib.

Xəbər lenti

Xəbər lenti