...

2012-ci ildə Standartlaşdırma üzrə Dövlət Komitəsi standartlar fondunu genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 14:01 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin sonunadək təqribən 1000 milli standart qəbul etməyi planlaşdırır.
2012-ci ildə Standartlaşdırma üzrə Dövlət Komitəsi standartlar fondunu genişləndirməyi planlaşdırır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin sonunadək təqribən 1000 milli standart qəbul etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Komitənin sədri Ramiz Həsənov bildirib.

"Hər sahə üzrə təqribən 100 standart qəbul etməyi planlaşdırırıq ki, bu da ümumilikdə 1000-ə yaxın təşkil edəcək", - Həsənov deyib.

Onun sözlərinə görə, bu standartlar Avropa və ABŞ-ın analoji standartlarının öyrənilməsindən sonra qəbul ediləcək.

"Bundan başqa, biz köhnə standartları yenidən nəzərdən keçiririk. Onlardan bəziləri artıq özünü doğrultmur və onları ləğv edirik", - Həsənov vurğulayıb.

Komitənin standartlar fondunda bu gün təqribən 21 min standart mövcuddur, onlardan 660-ı milli standartdır.

Xəbər lenti

Xəbər lenti