...

Asiya İnkişaf Bankı Azərbaycanda yol sektorunda yeni layihələrin reallaşdırılması imkanlarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 12:59 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) missiyası Azərbaycanda reallaşdırılan yol layihələri çərçivəsində təhlükəsizlik məsələlərini yoxlamaq üçün iyunun 21-dən-26-dək Bakıda olacaq.
Asiya İnkişaf Bankı Azərbaycanda yol sektorunda yeni layihələrin reallaşdırılması imkanlarını öyrənir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankının (AİB) missiyası Azərbaycanda reallaşdırılan yol layihələri çərçivəsində təhlükəsizlik məsələlərini yoxlamaq üçün iyunun 21-dən-26-dək Bakıda olacaq. Trend-in məlumatına görə, bu barədə bankın Bakı nümayəndəliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Artıq mayın 29-u öz işinə başlamış Müstəqil Missiya Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihələrin Qiymətləndirmə Hesabatını hazırlayır. Qiymətləndirmə üzrə mütəxəssis Rajeş Vasudevanın rəhbərlik etdiyi missiya İqtisadi İnkişaf, Nəqliyyat nazirliklərində, "Azəryolservis", "Azərenerji", "Azərsu", "Azərdəmiryol", Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Səhmdar cəmiyyətlərində görüşlər keçiriblər. Onlar həm də "Qaradağ Sement"də bir sıra görüşlərdə keçiriblər və Gəncədə AİB-in maliyyələşdirdiyi layihələrlə tanış olublar. Bu missiya iyunun 5-də başa çatıb.

Növbəti - Təhlükəsizlik məsələlərinin yoxlanması missiyası Azərbaycanda iyunun 21-26-da olacaq. Onun əsas vəzifəsi yol şəbəkəsinin inkişafı proqramını, ətraf mühit və məcburi köçürülmə-təminat tələblərini yoxlamaq və gələcək layihələrdə, təlimlərdə istifadə oluna biləcək sənədləşmə aparmaqdır. Missiyaya Ralf Starkloff, Sosial İnkişaf mütəxəssisi rəhbərlik edir. Onlar layihələri həyata keçirən agentliklərin nümayəndələri, məsləhətçilərlə görüşəcək, layihələrin həyata keçirildiyi yerlərə baş çəkəcək və əhali ilə söhbətlər aparacaqlar.

3-cü missiya isə iyunun ikinci yarısında Bakıda olacaq.

Qiymətləndirmə mütəxəssisi Kapil Sukralın rəhbərlik etdiyi missiya çoxtranşlı maliyyə obyektlərində layihələrin həyata keçirilməsini yoxlayacaq.

Nəqliyyat mütəxəssisi Reddy Basula Balabhaskaranın rəhbərlik etdiyi sonuncu missiya isə yol sektorunda yeni layihələrin mümkünlüyünü təhlil edəcək.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının Yaradılması haqda Sazişə uyğun olaraq təsis edilib. 2010-cu il dekabrın 31-nə olan məlumata görə, AİB-in 67 üzvü vardır ki, bunlardn 48-i Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB-in baş ofisi Manilada, Filippində yerləşir və dünyanın müxtəlif yerlərində, o cümlədən də Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio) ofisləri var.

Xəbər lenti

Xəbər lenti