...

MDB ölkələrinin vergi xidmətləri dünya çağrışlarına davam gətirmək üçün prioritetləri müəyyən ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 13:27 (UTC +04:00)
Bu gün MDB məkanında vergilər sahəsində qanunvericilik sisteminin vahid şəklə salınması vacibdir.
MDB ölkələrinin vergi xidmətləri dünya çağrışlarına davam gətirmək üçün prioritetləri müəyyən ediblər (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Axundov /

Bu gün MDB məkanında vergilər sahəsində qanunvericilik sisteminin vahid şəklə salınması vacibdir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə MDB ölkələrinin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XIX iclası zamanı Ukraynanın vergi xidmətinin rəhbəri Aleksandr Klimenko bildirib.

"Bu, mürəkkəb və zəhmət tələb edən prosesdir. Bu proses gedir, lakin bunun üçün vaxt lazımdır. Bu sənədlərin qüvvəyə minməsindən sonra iş proseslərində sadələşmə dərhal hiss ediləcək", - Klimenko deyib.

Onun sözlərinə görə, iclasda müzakirə olunan əsas məsələlər xidmət, elektron hesabatlılıq və transfer qiymətləndirməsidir.

"Hər şeydən əvvəl, bizim fikir mübadiləsi aparacağımız, il ərzində hər bir vergi xidmətində tətbiq olunan innovasiyaları görəcəyimiz, birgə qərarımızın olmasını tələb edən dar problemli yerləri gördüyümüz meydandır. Çoxlu çağırışların olduğu müasir dünyada heç bir vergi xidməti ayrıca işləyə bilməz. Biz artıq anlayırıq ki, transmilli kapital, transmilli şirkətlər vergi xidmətlərində daha dəqiq, birgə və operativ əməkdaşlıq, xidmətlərimiz qarşısında duran başlıca vəzifələrin yerinə yetirilməsi üçün məlumat mübadiləsi tələb edir", - Klimenko deyib.

Onun sözlərinə görə, başlıca vəzifə vergiödəyicilərə keyfiyyətli xidmətlər təqdim edən və bunun nəticəsində büdcənin gəlir hissəsini dolduran yüksək peşəkar servis xidmətlərinin qurulmasıdır.

Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, MDB ölkələri ilə yanaşı, Şuraya Koreya, Litva və Latviyanın vergi xidmətlərinin nümayəndələri də müşahidəçi qismində daxildirlər.

"İclasda son il ərzində MDB ölkələrinin qanunvericiliklərində baş vermiş dəyişikliklər, vergitutmanın sadələşdirilməsi məsələləri, fiziki şəxslərin gəlirlərinin gizlədilməsini qarşısını alınması məsələləri müzakirə olunub. Biz fikir mübadilsəi apardıq və hesab edirəm ki, bu müzakirələr bizim gələcək əməkdaşlığımız üçün çox faydalı olacaq", - Ələkbərov deyib.

Xəbər lenti

Xəbər lenti